...

Azərbaycanın ekologiya naziri ABŞ səfiri ilə görüşüb

Cəmiyyət Materials 24 İyul 2006 11:36 (UTC +04:00)

Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırov ABŞ-ın Azərbaycana yeni təyin olunmuş səfiri xanım Ann Ders ilə görüşüb.

Trend in Nazirliyin mətbuat xidmətinə istinadən xəbər verdiyi kimi, görüş zamanı nazir hər iki ölkənin strateji tərəfdaşlıq əlaqələrinə toxunaraq, bu günlərdə istismara verilmiş Heydər Əliyev adına Bakı-Tiflis-Ceyhan əsas ixrac boru kəmərinin bu əlaqələrin günü-gündən möhkəmlənməsinin bariz nümunəsi olduğunu vurğulayıb.

Həmçinin, nazir ətraf mühitin mühafizəsi sahəsinə dövlət tərəfindən göstərilən xüsusi diqqət və qayğı nəticəsində hazırda ölkədə bu sahədə əldə edilmiş nailiyyətlər barədə ətraflı məlumat verib, 2006-cı il 03 iyul tarixdə ölkə prezidenti yanında keçirilmiş müşavirənin ekoloji vəziyyətin yaxşılaşdırılmasında müstəsna əhəmiyyət kəsb etdiyini qonağın diqqətinə çatdırıb.

Səfir A.Ders Azərbaycanın dost ölkə və yaxın tərəfdaş olduğunu vurğulayıb. O qeyd edib ki, ABŞ Azərbaycanın inkişafı və dünya birliyinə inteqrasiyası istiqamətində ölkəyə dəstək göstərəcək.

Eləcə də görüş zamanı Azərbaycan-ABŞ münasibətlərində ekologiya və ətraf mühit məsələləri müzakirə edilib, bu sahədə gələcək perspektivlərə dair fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti