...

Ombudsman Fransanın ölkəmizdəki səfirini qəbul edib

Cəmiyyət Materials 24 İyul 2006 17:07 (UTC +04:00)

İyulun 24-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Fransanın Azərbaycandakı səfiri Bernar Dü Şafonu qəbul edib. Bu barədə Trend ə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı E.Süleymanova səfiri məlumatlandırıb ki, Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropaya inteqrasiya yolu seçib, bunun məntiqi davamı kimi Avropa Şurasına üzv qəbul olunub. Ombudsman həmçinin qonağa Azərbaycanın indiyədək 200-dən artıq beynəlxalq konvensiyaya, o cümlədən Avropa Şurasının 30-dan artıq sənədinə qoşulması, bu mötəbər beynəlxalq təşkilatlara üzv qəbul edilməsi barədə məlumat verib.

E.Süleymanova insan hüquq və azadlıqlarının gerçəkləşdirilməsi üçün fəaliyyətində dövlət qurumları və qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti ilə əməkdaşlığa önəm verdiyini, prioritet məsələlərin birgə müzakirə edildiyini, təkliflərin hazırlanaraq səlahiyyətli orqanlara təqdim olunduğunu qeyd edib.

Səfir Bernar Dü Şafo isə öz növbəsində Obmudsmanın çox maraqlı və vacib məsələlərə toxunduğunu, onun fəaliyyətinin çoxcəhətli olduğunu vurğulayıb, qarşılıqlı əməkdaşlığa ümid bəslədiyini bildirib.

Xəbər lenti

Xəbər lenti