...

Dövlət komissiyası abituriyentləri və onların valideynlərini fırıldaqçılardan qorunmağa çağırıb

Cəmiyyət Materials 25 İyul 2006 13:55 (UTC +04:00)

Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ölkənin ali məktəblərinə qəbul imtahanlarından əvvəl abituriyentləri və onların valideynlərini özlərini fırıldaqçılardan qorumağa çağırıb. Trend in xəbər verdiyi kimi, bu barədə Dövlət komissiyasının rəsmi saytında yerləşdirilmiş məlumatda qeyd olunub.

TQDK ictimaiyyətin nəzərinə çatdırır ki, son zamanlar respublikanın böyük bölgə və şəhərlərində KİV-də qəbul imtahanları ilə əlaqədar abituriyent və valideynləri çaşdıran reklam xarakterli elanlar dərc olunur. Ayrı-ayrı qruplar imtahanlar bitdikdən dərhal sonra imtahanın nəticəsi barədə abituriyentlərə məlumat verməyi vəd edirlər. TQDK bəyan edib ki, imtahanların nəticələri imtahandan sonra 10 gün ərzində elan olunur və nəticələrin imtahandan dərhal sonra elan edilməsi cəfəngiyyatdır. Abituriyentin qəbul imtahanlarının nəticələri haqqında məlumat Dövlət Komissiyası tərəfindən qorunur.

TQDK abituriyentləri və onların valideynlərini TQDK-nin veb-saytında yerləşdiriləcək Dövlət Komissiyasının rəsmi məlumatlarından istifadə etməyi məsləhət görüb.

Xəbər lenti

Xəbər lenti