...

Sədaqət Ağayev: Aclığı dayandırmış 3 dustağın səhhətində heç bir pozuntu müəyyən edilməyib

Cəmiyyət Materials 26 İyul 2006 12:38 (UTC +04:00)

Qobustan Qapalı Həbsxanasında aclığı dayandırmış 3 dustaq Georgi Giladze, Əli Quliyev və Şakir Rzaxanov həkim müayinəsindən keçirilib və onların səhhətində heç bir pozuntu müəyyən edilməyib. Bu barədə Trend ə həbsxananın rəisi Sədaqət Ağayev məlumat verib.

Rəisin sözlərinə görə, adıçəkilən məhkumlar hazırda həbsxananın tibb məntəqəsindədirlər. "Onlarla danışıqlar aparıldıqdan sonra aclığı dayandırmağa razılıq veriblər. Məhkumlar cəzalarının yüngülləşdirilməsini tələb edirlər. Lakin bu, həbsxana rəhbərliyinin yox, müvafiq məhkəmə orqanlarının səlahiyyətindədir" - deyə S.Ağayev söyləyib.

Rəis həmçinin bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri də məhkumlarla görüşüblər və dustaqların səhhətinin normal olduğunu təsdiqləyiblər.

Xəbər lenti

Xəbər lenti