...

Millət vəkilləri soydaşlarımızla görüşmək üçün iyulun 27-də Marneuliyə gedəcək

Cəmiyyət Materials 26 İyul 2006 16:12 (UTC +04:00)

Gürcüstanda səfərdə olan Azərbaycan nümayəndə heyəti soydaşlarımızın problemləri ilə yaxından tanış olmaq məqsədilə iyulun 27-də Marneuliyə gedəcək. Bu barədə Trend ə Azərbaycan nümayəndə heyətinin üzvü millət vəkili Fuad Muradlov bildirib.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinə daxil olan Milli Məclisin üzvləri Qənirə Paşayeva, Rauf Əliyev, Fuad Muradov və Eyvaz Qurbanov Gürcüstanın Batumi şəhərində keçirilən "Biz demokratiyaya və azadlığa inanırıq" mövzusunda beynəlxalq konfransda iştirak edirlər.

F.Muradov bildirib ki, konfransda iştirak edən Gürcüstanın dövlət və hakimiyyət orqanları rəsmiləri ilə görüşlərdə soydaşlarımızın problemləri müzakirə olunub: "Ancaq biz qərara gəldik ki, iyulun 27-də Marneuli rayonuna gedib soydaşlarımızın problemlərini onların öz dillərindən eşidək. Marneuli rayonunun qubernatoru ilə də görüşlərimiz planlaşdırılıb".

Millət vəkili bildirib ki, Gürcüstanda yaşayan soydaşlarımızın üzləşdiyi problemlərin həlli ilə bağlı rəsmi Bakıya məlumat veriləcək. Eyni zamanda bu barədə Gürcüstanın rəsmi orqanları qarşısında məsələ qaldırılacaq.

Xəbər lenti

Xəbər lenti