...

Azərbaycanlı xokkeyçilər "Trophy Cup" turnirində belçikalılara məğlub olub

Cəmiyyət Materials 27 İyul 2006 12:46 (UTC +04:00)

Azərbaycanın qızlardan ibarət otüstü xokkey yığması Vilnüsdə keçirilən Avropa birinciliyinin "Trophy Cup" seçmə turnirinin qrup mərhələsində çıxışını minor notlarla başa vurub.

Trend in xəbər verdiyi kimi, ilkin mərhələnin son qarşılaşmasında Adil Paşayevin yetirmələri belçikalılara 0:3 hesabı ilə məğlub olub. Artıq 1-ci taymda komanda qapısından bir qol buraxıb. Qolun müəllifi Veleriya Vermeyerdir. Fasilədən sonra isə Kleyr Hyuvell və Dorani Myuvis hesabı artırıb. Qrupda görüşlərin yekunları üzrə əvvəlcə Ukrayna və Litvaya məğlub olmuş yığma axırıncı yeri tutub və pley-off qarşılaşmalarında Fransa, daha sonra isə İsveçrə ilə oynayacaq.

Qeyd etmək lazımdır ki, əgər qarşıdakı görüşlərdə xokkeyçilərimiz uğursuz çıxış edərsə, o zaman onlar ən aşağı divizionda yer alacaq.

Xəbər lenti

Xəbər lenti