...

"Gəncə" futbol klubunun taleyini AFFA-nın İcraiyyə komitəsi həll edəcək

Cəmiyyət Materials 27 İyul 2006 17:45 (UTC +04:00)

AFFA "Gəncə" klubunun növbəti ölkə çempionatında iştirakına dair qəti qərar qəbul etməyib.

Trend ə məlum olduğu kimi, komanda maliyyə böhranı keçirir, ona görə də o, milli birincilikdə çıxış edə bilmir. "Gəncə" klubunun nümayəndələri çempionatın bu yaxınlarda keçirilmiş püşkatmasında da iştirak etməyib. Bu, bir daha sübut edir ki, klub bu yaxınlardakı oyunda iştirak edə bilməyəcək. Ona görə də istisna edilmir ki, çempionatda gəncəliləri birinci liqa klublarından biri və ya ötən birinciliyin yekunlarına görə güclülər sinfindən çıxmış MOİK əvəz edəcək.

Ehtimal olunur ki, dəfələrlə Azərbaycan çempionu olmuş klubun ölkə birinciliyində iştirakı haqqında məsələ qəti olaraq AFFA-nın İcraiyyə komitəsinin iyulun 28-də keçiriləcək iclasında həll olunacaq.

Xəbər lenti

Xəbər lenti