...

"Karvan" UEFA Kubokunun ikinci raunduna çıxdı

Cəmiyyət Materials 28 İyul 2006 15:08 (UTC +04:00)

"Karvan" bu mövsümdə Avropa kubokunun inkinci raunduna çıxmağı bacaran yeganə Azərbaycan klubu oldu.

Trend in xəbər verdiyi kimi, Yunis Hüseynovun yetirmələri UEFA Kubokunun səfərdə keçirilən cavab oyununda Trnavanın "Spartak" klubu üzərində 1:0 hesabı ilə qələbə çalıb. Yeganə qolu oyunun 12-ci dəqiqəsində Kamara vurub və bunun sayəsində yevlaxlılar iki görüşün yekununa görə 2:0 hesabı ilə qalib gəlib. Qonaqlar görüşün gedişatını əminliklə müşahidə edib. İkinci taymda slovakların qapını ələ keçirmək üçün bir neçə şansı olmasına baxmayaraq, onlar bundan istifadə edə bilməyiblər.

Qeyd etmək lazımdır ki, Trnavadakı stadionda yenidənqurma işləri aparıldığından, meydan sahibləri oyunu qonşu şəhərdə keçirərək, öz sahələrinin üstünlüklərindən istifadə edə bilməyiblər.

Xəbər lenti

Xəbər lenti