...

İş adamları Zülfüqarlı qardaşları barəsində cinayət işinə xitam verilib

Cəmiyyət Materials 28 İyul 2006 16:11 (UTC +04:00)

İş adamları olan Zülfüqarlı qardaşları barədə cinayət işinə xitam verilib. Bu barədə Trend ə vəkil Aslan İsmayılov məlumat verib.

"Bakı elektroştamp" Açıq Tipli Səhmdar Cəmiyyətinin sahibi olan Loğman və Nurəddin Zülfüqarlı qardaşları hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinirdilər.

2005-ci ilin dekabr ayında DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq Şöbəsi tərəfindən qardaşlara qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2 (hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanmışdı. Lakin istintaqın gedişində Zülfüqarlı qardaşlarının əməllərində cinayət tərkibi aşkar edilməyib və cinayət işinə xitam verilib.

Xəbər lenti

Xəbər lenti