...

Azərbaycanın taekvando yığması dünya birinciliyində qazanılmış medallara hesab açıb

Cəmiyyət Materials 28 İyul 2006 16:56 (UTC +04:00)

Azərbaycanın gənclərdən ibarət taekvando yığması bu günlərdə Vyetnamda keçirilən dünya birinciliyində qazanılmış medallara hesab açıb.

Trend in xəbər verdiyi kimi, yaxşı texnika və taktiki bacarıq nümayiş etdirmiş Eldar Qurbanov (45 kq) bürünc medal qazanıb. Beləliklə, komanda mundialda yenə də 3-cü yeri tutaraq iki il bundən əvvəlki uğuru təkrarlayıb. Ancaq yeniyetmələr arasında yarışların təzəcə başlanmasını nəzərə alaraq kollektivin hələ bir neçə mükafata da ümid etməyə haqqı var.

Bununla belə, gözlənildiyi kimi, yarışda Koreya iki qızıl medalla liderlik edir. Artıq yarışın birinci günündən iki "qızıl" qazanmış Vyetnam yığması da geridə qalmır.

Xəbər lenti

Xəbər lenti