...

"Bakı" klubunun forvardı Vadim Vasilyev "Olimpik" ilə müqavilə bağlayıb

Cəmiyyət Materials 31 İyul 2006 12:44 (UTC +04:00)

"Bakı" klubunun aparıcı forvardlarından biri olan Vadim Vasilyev karyerasını birillik müqavilə bağladığı "Olimpik"də davam etdirəcək.

Trend in xəbər verdiyi kimi, mövsüm başa çatan kimi hücumçu Rusiya liqasının Pyatiqorskdan olan "Maşuk" klubunda baxışdan keçib. Ancaq sonda çıxışını Azərbaycanda davam etdirməyə qərar verib. Bundan başqa "Olimpik"də Vadimin yığmadakı köhnə tərəfdaşları - müdafiəçilər Tərlan Əhmədov və Emin Ağayev də oynayır. Elə bu futbolçular Vadimi kollektivin sıralarına gəlməyə razı salıb. V.Vasilyev mövsümarasında "Bakı"nın sıralarını tərk edən 4-cü futbolçudur.

Klub isə yoxlama görüşlərində uğurla çıxış etmiş serbiyalı iki legioner - Draqan Mandiç və forvard Yovan Drobnyak ilə müqavilələr imzalayıb.

Xəbər lenti

Xəbər lenti