...

Dövlət komissiyası avqustun 12-dən abituriyentlərin cavab kartlarını yoxlamağa başlayacaq

Cəmiyyət Materials 3 Avqust 2006 18:37 (UTC +04:00)

Azərbaycanın Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) avqustun 12-dən abituriyentlərin cavab kartlarını yoxlamağa başlayacaq. Bu barədə Trend ə Dövlət komissiyasından xəbər veriblər.

Kartların yoxlanması 2006-2007-ci tədris ili üçün bütün ixtisas qrupları üzrə imtahanların tamamlanmasından sonra başlayacaq.

Xatırladaq ki, bu gün Azərbaycanda 2006-2007-ci tədris ili üçün III ixtisas qrupu üzrə qəbul imtahanları keçirilib. İmtahanlarda 31 067 abituriyent iştirak edib. Onlardan 28 018-i Azərbaycan bölməsindən, 3049-u isə rus bölməsindəndir. Dövlət komissiyasından verilən xəbərə görə, 2006-2007-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrində 4582 plan yeri Azərbaycan bölməsi, 946-sı - rus bölməsi üçün ayrılıb, 1401-i isə ümumidir.

Xəbər lenti

Xəbər lenti