...

Azərbaycanın futbol çempionatında iştirak edəcək komandaların sayı 13-dək azala bilər

Cəmiyyət Materials 4 Avqust 2006 14:30 (UTC +04:00)

Azərbaycanın futbol çempionatınnın Ali Liqasında iştirakçı komandaların sayı 13-ə enə bilər.

Yarışların keçirilməsi üzrə Departamentin rəhbəri Məlik Həsənovun Trend ə verdiyi məlumata görə, əgər "Gəncə" birincilikdə iştirak etmək üçün ərizə verməsə, klubların sayı tək olacaq. "Hələlik "Gəncə"dən heç bir xəbər yoxdur. Ancaq düşünürəm ki, çempionatda 13 komanda oynayacaq. Ancaq ümid edirik ki, "Gəncə" bütün maliyyə çətinliklərini aradan qaldıracaq və yarışda iştirak etmək üçün lazımi sənədləri təqdim edəcək. Hər bir halda hələ vaxt var", - deyə M.Həsənov qeyd edib.

Xəbər lenti

Xəbər lenti