...

Bütün Qafqazın şeyxi İrana səfər edəcək

Cəmiyyət Materials 4 Avqust 2006 15:39 (UTC +04:00)

Avqustun 5-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Yaxın Şərqdəki vəziyyətə həsr olunmuş beynəlxalq konfransda iştirak etmək üçün İrana yola düşəcək. Bu barədə Trend ə QMİ-dən xəbər veriblər.

Tədbirdə çıxış edəcək A.Paşazadə həmin bölgədə baş verən hadisələrlə bağlı mövqeyini bir daha bildirəcək. Şeyxülislam konfrans iştirakçılarının diqqətini Azərbaycanın qarşılaşdığı erməni təcavüzkarlığına, eləcə də dünya birliyi, o cümlədən bəzi müsəlman ölkələrinin vaxtında qətiyyətli münasibət bildirməməsinə yönəldəcək.

A.Paşazadə İran səfəri çərçivəsində Təbriz şəhərində olacaq, yerli sakinlərlə görüşəcəkdir. Şeyxülislam qayıdarkən yolüstü Naxçıvanda olacaq, məscid və ziyarətgahlara baş çəkəcəkdir.

Xəbər lenti

Xəbər lenti