...

2006-cı ildə Azərbaycanda 81 məktəb tikiləcək

Cəmiyyət Materials 5 Avqust 2006 12:14 (UTC +04:00)

Təhsil Nazirliyindən Trend ə verilən məlumata əsasən, 2006-cı ildə Azərbaycanda dövlət proqramları cərcivəsində 26.404 yerlik 81 məktəb tikiləcək.

Bu, ötən illə müqayisədə 45 məktəb, habelə, 41.928 yer çoxdur. Cari ilin sonuna qədər 63 məktəb, 14 uşaq bağçası əsaslı təmir olunacaq. Ümumilikdə, proqramların icrası ilə əlaqədar 4071 nəfər işlə təmin olunub.

2006-cı ilin sonuna qədər 128 məktəb 57.319 parta, 4656 yazı lövhəsi, 5880 müəllim masası, 7320 ədəd müəllim kürsüsü ilə təmin olunacaq. Nəticədə cari ildə həyata keçirilən bütün proqramlar üzrə 477.256 şagirdin təlim-tədris şəraiti yaxşılaşdırılacaq.

Xəbər lenti

Xəbər lenti