Gəncədə yeni Media Mərkəz fəaliyyətə başlayıb. Amerikanın Demokratiya üçün Milli Dəstək fondu tərəfindən maliyyələşdirilən Mərkəz ilk olaraq 6 ay fəaliyyət göstərəcək. Bunun üçün 14 min 500 ABŞ dolları məbləğində vəsait ayrılıb.
Mərkəzdə Qərb bölgəsində gündəlik xəbərlər toplanılacaq və internet saytda yerləşdiriləcək. Bundan başqa, müxtəlif paytaxt qəzetlərinə məqalələr də göndəriləcək.
Layihəni həyata keçirən Gəncə Liderlər Təhsil Təlim və İnkişaf Mərkəzinin sədri Səbinə Ələkbərovanın bildirdiyinə görə, Mərkəzdə 4-ü jurnalist olmaqla 6 nəfər çalışacaq. Mərkəzin rəsmi açılışı sentyabr ayına planlaşdırılır.