...

Azərbaycanla həmsərhəd olan gürcü kəndi Samtatskaronun sakinləri aclıq aksiyasına başlaya bilərlər

Cəmiyyət Materials 14 Avqust 2006 12:42 (UTC +04:00)

Gürcüstanın Azərbaycanla həmsərhəd olan Laqodexi rayonunun Samtatskaro kəndinin sakinləri Gürcüstan prezidentinin administrasiyası binasının yanında aclıq aksiyası keçirmək niyyətindədirlər.

Bunun səbəbi kənd sakinlərinin artıq bir neçə aydır ki, Gürcüstan-Azərbaycan sərhədini sərbəst şəkildə keçə bilməmələri və Azərbaycanın Qax rayonunda yaşayan qohumlarına baş çəkə bilməmələridir. Əgər artıq bir neçə aydır ki, kənd sakinlərini narahat edən problem avqustun 28-ə qədər (həmin gün gürcü pravoslav kilsəsi müqəddəs Mariamoba bayramını qeyd edir) həll edilməsə, onlar aclığa başlaya bilərlər.

Qaçaqmalçılıqla mübarizə aparmaq üçün Kaxeti bölgəsinin hökümət orqanları Dedoplistskaro (Gürcüstan) rayonunu Qax rayonu ilə birləşdirən körpüdən keçən nəqliyyatın və piyadaların hərəkətini dayandırıb. Samtatskaro sakinləri Kaxeti bölgəsinin qubernatoru Petre Tsiskarişviliyə inanmadıqlarını bildirir və Azərbaycandakı qohumlarını ziyarət etmək üçün Gürcüstan prezidentindən yardım istəyirlər.

Xəbər lenti

Xəbər lenti