...

Azərbaycan taekvondoçuları Açıq ölkə çempionatının ümumi komanda yoxlamasında birinci yerə iddia edəcəklər

Cəmiyyət Materials 17 Avqust 2006 15:27 (UTC +04:00)

Azərbaycanın taekvondo üzrə yığması avqustun 19-20-də İdman Sarayında keçiriləcək Açıq ölkə çempionatının ümumi yoxlamasında birinci yer tutmaq iddiasındadır.

Komandanın baş məşqçisi Ələkbər İmaməliyevin Trend ə verdiyi xəbərə görə, onun yetirmələri bütün çəki kateqoriyaları üzrə mükafatlara iddia edə bilərlər, həm də yarışın təşkilatçıları iki heyətdə çıxış edəcəklər. "Biz heyətin birinci və ikinci komandalara bölünməsinin tərəfdarı deyilik, həm də hər iki dəstədə beynəlxalq arenada ad qazanmış atletlər kifayət qədərdir. Ona görə də, hamının növbəti dəfə özünü göstərmək şansı olacaq", - deyə Ə.İmaməliyev qeyd edib.

Xatırladaq ki, birincilikdə ondan çox dövlətdən, o cümlədən İspaniya, Türkiyə, Rusiya və başqa dövlətlərdən aparıcı atletlər iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti