...

Caucasus Jam beynəlxalq musiqi festivalında Azərbaycan qrupu iştirak edəcək

Cəmiyyət Materials 23 Avqust 2006 11:06 (UTC +04:00)

Azərbaycanın ORİENT qrupu Gürcüstanda Caucasus Jam beynəlxalq musiqi festivalında iştirak edəcək. "Maqti" MMC-dən Trend in Gürcüstandakı xüsusi müxbirinə verilən xəbərə görə, festival avqustun 24-26-da Kobuleti və Batumidə keçiriləcək və bura 5 konsert daxildir.

Konsertlərdə ən yaxşı gürcü, azərbaycanlı və erməni musiqi qrupları iştirak edəcək. Avqustun 26-da tanınmış gürcü mügənnisi Nino Katamadze Batumidə qala-konsert verəcək. "Maqti"də bildiriblər ki, acar sahilləri ən məşhur dəniz kurortlarından biri seçilib.

Xəbər lenti

Xəbər lenti