...

5 dövlət teatrı bərpa olunacaq

Cəmiyyət Materials 24 Avqust 2006 13:20 (UTC +04:00)

5 dövlət teatrı 2006-cı ildə dövlət vəsaiti hesabına bərpa olunacaq obyektlərin siyahısına daxil edilib. Bu barədə Trend ə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Siyahıya Dövlət Akademik Opera və Balet Teatrı, Dövlət Akademik Milli Dram Teatrı, Dövlət Rus Dram Teatrı, Dövlət Gənc Tamaşaçılar Teatrı və Dövlət Kukla Teatrı daxil edilib.

Bu teatrların truppa və inzibati heyəti müvəqqəti olaraq paytaxtdakı mədəniyyət evlərində yerləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti