...

Azərbaycan UEFA əmsalları cədvəlində qırx dördüncü yeri tutur

Cəmiyyət Materials 25 Avqust 2006 14:00 (UTC +04:00)

Azərbaycan Avropa kubokunun növbəti oyunlarından sonra çap olunmuş UEFA-nın əmsallar cədvəlində qırx dördüncü yeri tutur.

Trend xəbər verir ki, "Karvan" UEFA Kubokunun ikinci raundunun "Slaviya"ya qarşı cavab oyununu heç-heçə (0:0) ilə başa vurduqdan sonra respublikanın aktivində 1.166 bal olub və bu, ona Qazaxıstan, Şimali İrlandiya, Uels, Farer adaları, Lüksemburq, Malta, Andorra və San-Marinonu geridə qoymağa imkan verib. Bu halda, Avropa kuboklarında çıxış edən üç yerli klubdan məhz "Karvan" Trnavanın "Spartak" klubu ilə oyunda iki qalibiyyət əldə edərək, daha çox xal gətirib.

Eyni zamanda İspaniya cədvəlin lideridir, ondan sonrakı yerlərdə İtaliya və İngiltərə durub. Bu ölkələrin qabaqcıl klubları Avropa kuboklarında yenicə mübarizəyə başlayıb.

Xəbər lenti

Xəbər lenti