...

Azərbaycanın voleybol yığması kubalılara məğlub olub

Cəmiyyət Materials 2 Sentyabr 2006 14:07 (UTC +04:00)

Azərbaycanın qadınlardan ibarət voleybol yığması bu günlərdə Ninqboda keçirilən Qran-Prinin seçmə turniri çərçivəsində 3-cü mərhələnin növbəti oyununda Kubaya 0:3 hesabı ilə məğlub olub.

Trend in xəbər verdiyi kimi, görüşün əvvəli titullu rəqiblərin üstünlüyü ilə keçib. Onlar topun qəbulu zamanı voleybolçularımızın səhvlərindən istifadə edirdilər. Nəticədə birinci partiya Kuba nümayəndələrinin xeyrinə başa çatıb (25:18). Elə ikinci qələbəni də dəfələrlə Olimpiada iştirakçıları qeyd edib (25:21).

Lakin komandamız görüşün gedişini dəyişə bildi və nəhayət ki, öz oyununu tapdı. Baş hücumçu Natalya Məmmədova da səmərəli oyun nümayiş etdirdi və onun zərbələri hədəfə çatmağa başladı. Komanda kubalılarla bərabər səviyyədə mübarizə aparsa da, partiyanın taleyi tay-brekdə həll olundu və bu partiya da 28:26 hesabı ilə rəqiblərin xeyrinə başa çatdı.

Xəbər lenti

Xəbər lenti