Afina Olimpiadasının yunan-roma güləşi üzrə çempionu Fərid Mansurovun gələcək karyerası sual altındadır.
Trend xəbər verir ki, belindən zədə almış atlet Almaniyada keçirilmiş əməliyyatdan sonra yüngül məşqlərə başlayıb. Lakin bir neçə aydan sonra o, əsaslı tibbi müayinədən keçməlidir, bundan sonra həkimlər F.Mansurovun böyük idmanda gələcək çıxış perspektivlərinə dair qəti qərar çıxaracaqlar. Atletin özü ümid edir ki, həkimlərin cavabı müsbət olacaq və o, artıq gələn il lisenziya yarışlarının başlanmasına qədər formaya düşə biləcək.
Qeyd etmək lazımdır ki, istedadlı güləşçi artıq ilyarımdır ki, beynəlxalq yarışlarda iştirak etmir.