Azərbaycanın sambo üzrə komandası sentyabrın 14-də Praqada start götürəcək beynəlxalq turnirində iştirak edəcək.
Yığma komandanın baş məşqçisi Mübariz İbrahimovun Trend ə xəbər verdiyi kimi, respublikamızı yarışda 4 atlet - İslam Qasımov (52 kq), dünya və Avropa çempionatının mükafatçıları Asif Səfərbəyov (90 kq) və Vasif Səfərbəyov (100 kq), eləcə də Kənan Əsgərov (+100 kq) təmsil edəcək.
Məşqçinin sözlərinə görə, yarışmada məzuniyyətdən təzə qayıtmış və yalnız indi forma yığmağa başlayan bir sıra aparıcı sambistlərimiz iştirak etməyəcəklər. Ona görə də komanda üçün Praqa səfəri, yaxşıların yaxşısının iştirak edəcəyi Sofiyada noyabr dünya çempionatının yaxınmaşması baxımından sınaq olacaq.