Azərbaycan Konstitusiya Məhkəməsinin (KM) sədri Fərhad Abdullayev sentyabrın 15-də İtaliya səfiri Can Luici Maşanini qəbul edib.
KM-in mətbuat xidmətindən Trend ə verilən xəbərə görə, F. Abdullyaev Azərbaycan və İtaliyanın konstitusiya məhkəmələri arasındakı əməkdaşlığın səviyyəsindən məmnun olduğunu bildirib. O, qonağa Azərbaycanda həyata keçirilən islahatlar və vətəndaşların Konstitusiya Məhkəməsinə birbaşa müraciət proseduru haqqında məlumat verib. Sonra KM sədri italiyalı həmkarının Avropa Şurası Venesiya Komissiyası ilə birgə noyabrda keçiriləcək konfransda iştirak etməsi üçün dəvət məktubunu İtaliya səfirinə təqdim edib.
Öz növbəsində, səfir hər iki ölkənin Konstitusiya nəzarəti orqanları arasında əməkdaşlığın inkişafı vacibliyini qeyd edib.
Görüş zamanı F.Abdullyaev və C.Maşani noyabr konfransı ilə bağlı məsələləri müzakirə ediblər.