Sentyabırn 22-də Milli Təhlükəsizlik Nazirliyinin İstintaq İdarəsində DİN Baş Cinayət Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovla keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyev arasında üzləşmə keçirilib. Bu barədə Trend ə vəkil Adil İsmayılov məlumat verib.
Vəkil dindirilmə prosesinin istintaq sirri olduğunu bildirərək ətraflı məlumat verməyib.
Qeyd edək ki, Hacı Məmmədovla Fərhad Əliyev "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətli ilə bağlı istintaqa cəlb ediliblər. Üzləşmə də həmin cinayət işinə dair keçirilib.
Sentyabrın 15-də Respublika Baş Prokurorluğu Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə müraciət edərək Hacı Məmmədov və onun bandasının bir neçə üzvünün E.Hüseynovun qətli ilə bağlı sentybarın 23-dək istintaqda dindirilməsinə zərurət yarandığını bildirib. Baş Prokurorluq həmin tarixədək məhkəmə iclasına fasilə verilməsini xahiş edib. Məhkəmə də müraciəti təmin edərək məhkəmənin iclasına sentyabrın 25-dək fasilə verib.