...

Hakimliyə namizədlərin imtahanlarının tarixi bəlli oldu

Cəmiyyət Materials 25 Sentyabr 2006 16:39 (UTC +04:00)

Oktyabrın 1-də Azərbaycanda məhkəmə hakimliyinə namizədlərin test imtahanı keçiriləcək. Bu barədə Trend ə Hakimlərin Seçki Komitəsindən məlumat verilib.

İmtahan Bakı İdman Sarayında tam şəffaf şəraitdə, vahid auditoriyada keçiriləcək, nəticələr imtahanın sonunda dərhal elan ediləcək.

Test sualları bilavasitə imtahan keçirilən zalda müşahidəçilərin və mətbuat nümayəndələrinin iştirakı ilə seçilib namizədlərin sayına uyğun çoxaldılacaq.

Qeyd edək ki, hakimliyə namizədlərin sonuncu imtahanı 18 sentyabr 2005-ci ildə keçirilib. İmtahanların bütün mərhələlərinin yekun nəticəsinə görə, 1000-dən artıq namizəddən yalnız 56-sı hakim seçilməyə müvəffəq olub.

Məhkəmə Hüquq Şurası bu rəqəmin hakim vəzifəsinə tələbata cavab vermədiyini nəzərə alaraq növbəti hakimliyə növbəti dəfə qəbul elan edib.

Xəbər lenti

Xəbər lenti