...

Azərbaycanın yunan-roma güləşçilərinin Dünya çempionatındakı ilk çıxışları uğursuz oldu

Cəmiyyət Materials 25 Sentyabr 2006 18:20 (UTC +04:00)

Azərbaycanın yunan-roma güləşçilərinin Çində start götürmüş Dünya çempionatındakı ilk çıxışları uğursuz oldu.

Trend xəbər verir ki, 1/8 final görüşündə Elbrus Məmmədov (66 kq) bolqar Nikolay Qerqova məğlub olub. Ötən ilki Avropa çempionatında Vitali Rəhimov (66 kq) da Rusiyadan olan Aleksey Vakulenkoya qarşı heç bir tədbir görə bilmədiyindən məğlubiyyətə uğramışdı.

Lakin Azərbaycanın nümayəndə heyəti üçün daha ağır zərbə isə Beynəlxalq Federasiyanın (FİLA) ölkəni 2007-ci il mundialını təşkil etməkdən məhrum etməsi olub. Bunun səbəbi çempionatın bütün iştirakçılarına vizaların verilməsinə dair zəmanət verilməməsi olub.

Xəbər lenti

Xəbər lenti