...

Azərbaycanlı tennisçi Batumi tennis turnirində təsnifat mərhələsini adlayıb

Cəmiyyət Materials 26 Sentyabr 2006 10:31 (UTC +04:00)

Azərbaycanlı tennisçi Elina Həsənova Batumi tennis turnirinin əsas hissəsinə daxil ola bilib. Trend in Gürcüstandakı xüsusi müxbirinin verdiyi məlumata görə, Batumi turnirinin mükafat fondu 25 min dollar təşkil edir.

Əsas tora aparan yolda E.Həsənova təsnifat mərhələsində kort sahibi Mariam Kurdadzeni məğlub edib. Qarşılaşma 6:1, 6:3 hesabı ilə azərbaycanlı tennisçinin xeyrinə başa çatıb.

Qeyd etmək lazımdır ki, Tiflisdə hər birinin mükafat fondu 10 min dollar təşkil edən iki turnirdə E.Həsənova 1/8 və 1/4 finala vəsiqə qazana bilib.

Batumi turnirində güclü tennisçilər iştirak edir.

Xəbər lenti

Xəbər lenti