...

Qaradağ rayon prokuroru: Qobustan Həbsxanasındakı ölümün səbəbi ekstpertizanın rəyindən sonra bəlli olacaq

Cəmiyyət Materials 26 Sentyabr 2006 14:36 (UTC +04:00)

Sentyabrın 25-də Qobustan Qapalı Həbsxanasında baş vermiş ölüm faktı ilə əlaqədar Qaradağ rayon Prokurorluğunda cinayət işi başlanıb. Bu barədə Trend ə Qaradağ rayon prokuroru Tariyel Məmmədov məlumat verib.

2004-cü ildə ömürlük həbsə məhkum edilmiş Yuri Səfərəliyevin meyiti saxlanıldığı 5-ci korpusda asılmış vəziyyətdə aşkar edilib. Qaradağ rayon Prokurorluğunun əməkdaşları dərhal hadisə yerinə gəliblər. Hadisə yerinin müayinəsindən sonra mərhumun cəsədi ekspertizaya göndərilib. Faktla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Ölümün səbəbləri ekspertizanın rəyi prokurorluğa daxil olandan sonra məlum olacaq.

Xəbər lenti

Xəbər lenti