ABŞ Dövlət Departamenti İranda yaşayan azərbaycanlılarla bağlı bəyanat verib. Trend in ANS telekanalına istinadən xəbər verdiyi kimi, bəyanatda deyilir ki, öz haqqını tələb etmək istəyənlərin sıxışdırılması İran rejimi tərəfindən bu ölkədə yaşayan azərbaycanlılara qarşı təzyiq göstərilməsinin bir hissəsidir.
"Bu ilin mayında dinc nümayiş zamanı azərbaycanlılar döyülüb, təzyiqə məruz qalıb və həbs olunub. Bundan başqa, İran məktəblərində Azərbaycan dilində təhsil qadağan edilir. Aktivistlər təqib olunur, dil və mədəniyyət azadlığı hüquqlarını tələb etdiklərinə görə həbs edilirlər. Departament bəyan edir ki, İran rejimi tərəfindən azərbaycanlılar, etnik ərəblər və kürdlərə qarşı repressiyalar dini azlıqlara, tələbələrə, qadınlara, həmkarlar ittifaqlarına və jurnalistlərə qarşı yönəldilib", - deyə sənəddə qeyd olunur.
Dövlət departamenti İran hökumətini öz vətəndaşlarının hüquqlarına hörmətlə yanaşmağa və öz hüquqlarını tələb etmiş şəxsləri azad etməyə çağırıb.