...

"Milli yol" qəzeti baş redaktorunun apellyasiya məhkəməsi təxirə salınıb

Cəmiyyət Materials 29 Sentyabr 2006 17:46 (UTC +04:00)

"Milli yol" qəzetinin baş redaktoru Şahin Ağabəylinin apellyasiya şikayəti üzrə keçirilən məhkəmə prosesi oktyabrın 3-dək təxirə salınıb. Bu barədə Trend ə Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun həmtəsisçisi Sarvan Rizvanov bildirib.

S.Rizvanov qeyd edib ki, məhkəmə MSK nümayəndəsinin gəlməməsi üzündən təxirə salınıb: "Şahin Ağabəyli parlament seçkilərində Neftçala rayonundan namizədliyinin verilməsini MSK nümayəndəsi təsdiqləməli idi. O isə gəlmədiyindən proses oktyabrın 3-də saat 10.00-da keçiriləcək".

Onu da bildirək ki, Ş.Ağabəyli millət vəkili Arif Rəhimzadənin iddiası əsasında Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 1 il müddətinə azadlıqdan məhrum edilib. Səbəb Ş.Ağabəylinin rəhbərlik etdiyi qəzetdə parlament seçkiləri öncəsi A.Rəhimzadənin şərəf və ləyaqətinin təhqir olunmasıdır. Ş.Ağabəyli məhkəmənin qərarından Apellyasiya Məhkəməsinə şikayət verib.

Xəbər lenti

Xəbər lenti