...

Ağır atlet Əfqan Bayramov dünya çempionatında 8-ci yeri tutub

Cəmiyyət Materials 3 Oktyabr 2006 15:45 (UTC +04:00)

Azərbaycanlı ağır atlet Əfqan Bayramov (69 kq) bu günlərdə Santo-Dominqoda keçirilən dünya çempionatında 8-ci yeri tutub.

Trend in xəbər verdiyi kimi, idmançı dartınma ilə 130 kq qaldırıb. Təkanla isə 171 kq-lıq nəticə göstərib. Hər iki qaldırmanın nəticələrinə görə 301 kq toplayan Ə.Bayramov qazax Kuyaniş Raxatovu, venesuelalı Eduardo Ernanı, çinli Sunq Linq-Vunu və digər rəqiblərini geridə qoyaraq ilk onluğa düşüb. Eyni zamanda həmin çəki dərəcəsində daha bir ağılıq qaldıran atletimiz Asif Məmmədov 16-cı yerdə qərarlaşıb. O, dartınma (130 kq) və təkanla (159 kq) qaldırmanın nəticələrinə görə 289 kq toplayıb.

Xatırladaq ki, Dominikan Respublikasında keçirilən mundial lisenziyalı xarakter daşıyır.

Xəbər lenti

Xəbər lenti