...

"Gənclərbirliyi" futbol klubu bəzi oyunçularının xidmətlərindən imtina edə bilər

Cəmiyyət Materials 4 Oktyabr 2006 15:12 (UTC +04:00)

Ölkə çempionatına uğursuz başlamış "Gənclərbirliyi" futbol klubu bir sıra aparıcı oyunçularının xidmətlərindən imtina edə bilər.

Komandanın baş məşqçisi Əfqan Talıbovun Trend ə verdiyi xəbərə görə, 0:3 hesabı ilə başa çatmış "Xəzər" klubuna qarşı oyundan sonra bəzi oyunçulara dair narazıçılığı yaranıb. "Şübhəsiz, lənkəranlıların dərəcəsi müqayisə edilməyəcək şəkildə yüksəkdir, lakin son görüşlərdə komandanın solğun çıxışı məni son dərəcə narahat edir. Vəziyyəti ciddi surətdə təhlil etmək və bəlkə də özlərini heç cür ifadə edə bilməyən bəzi oyunçularla vidalaşmaq lazımdır", - deyə məşqçi bildirib.

Qeyd etmək lazımdır ki, yeddi turdan sonra "Gənclərbirliyi" cədvəlin aşağı hissəsində yerləşib və hələ liderlərə qarşı layiqli rəqabət yarada bilməyib.

Xəbər lenti

Xəbər lenti