...

Azərbaycanın futbol yığması Portuqaliyaya yola düşür

Cəmiyyət Materials 5 Oktyabr 2006 13:00 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycanın futbol yığması oktyabrın 5-də çarter reysi ilə Portuqaliyaya yola düşəcək və orada iki gündən sonra meydan sahiblərinə qarşı 2008-ci il Avropa çempionatının seçmə oyununu keçirəcək.

Komandanın baş məşqçisi Şahin Diniyevin Trend ə verdiyi xəbərə görə, görüşün Bakı vaxtı ilə saat 01.00-da başlanacağını nəzərə alaraq, onun yetirmələri yaxın iki gün ərzində adaptasiya olunmalıdırlar. "Görüşün bu qədər gec başlaması, şübhəsiz, bizim xeyrimizə deyil, lakin istənilən halda futbolçular titullu rəqibə yaxşı oyun göstərməlidirlər. Oyun futbolçular üçün dünyanın ən güclü yığması ilə qarşılaşmada ən yaxşı keyfiyyətlərini nümayiş etdirmək üçün şans olacaq", - deyə Ş.Diniyev vurğulayıb.

Qeyd etmək lazımdır ki, Portuqaliya artıq səfər oyununda finlərlə oyunu 1:1 hesabı ilə bitirərək, xal itirib.

Xəbər lenti

Xəbər lenti