...

MDB Mədəni əməkdaşlıq şurasının bütün üzvləri Bakıya toplaşacaq

Cəmiyyət Materials 7 Oktyabr 2006 14:12 (UTC +04:00)

Oktyabrın 9-10-da Bakıda MDB-nin iştirakçı-dövlətlərinin Mədəni əməkdaşlıq şurasının növbəti toplantısı keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Toplantıda mədəni əməkdaşlığın inkişaf perspektivləri, mədəni irsin və müəllif hüquqlarının mühafizəsi məsələlərinin müzakirə ediləcəyi gözlənilir. Toplantı iştirakçıları "Birlik GÜNBƏZLƏRİ" və "Birlik əfsanələri" kimi uzunmüddətli layihələrin həyata keçirilməsinin konsepsiya və mexanizmlərini, həmçinin MDB İcraiyyə komitəsinin saytında MDB iştirakçı-dövlətlərinin Mədəni əməkdaşlıq şurasının səhifəsinin konsepsiya və standartlarını müzakirə edəcəklər.

Mədəni siyasət üzrə işçi qrupu MDB iştirakçı-dövlətlərin Mədəni əməkdaşlıq şurasının 19-cu toplantısının (1 oktyabr 2003-cü il, Kiyev şəhəri) qərarı ilə yaradılıb.

Xəbər lenti

Xəbər lenti