...

Məhkumların reablitasiyası ilə əlaqədar yeni qanun layihəsi hazırlanıb

Cəmiyyət Materials 9 Oktyabr 2006 14:16 (UTC +04:00)

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi məhkumların reablitasiyası ilə əlaqədar yeni qanun layihəsi hazırlayıb. Bu barədə Trend ə Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin (MQİBİ) qərargah rəisi Musa Hümbətov məlumat verib.

"Hazırladığımız yeni qanun layihəsi məhkumların reablitasiyasının asanlaşdırılmasını təmin edəcək. Artıq Ədliyyə Nazirliyi hazırlanmış qanun layihəsini Milli Məclisə təqdim edib" - deyə M.Hümbətov bildirib.

Qərargah rəisinin sözlərinə görə, hazırda Ədliyyə Nazirliyinin işçi qrupu penitensiar xidmətlə əlaqədar daha bir neçə yeni layihənin hazırlanması ilə məşğuldur.

Xəbər lenti

Xəbər lenti