Cənubi Qafqaz kinematoqrafçılar assosiasiyası gürcü kinematoqrafçılarına köməklik göstərəcək. Bu razılaşma Tbilisidə keçirilən Yeddinci kinofestival çərçivəçində əldə olunub. Bir gün əvvəl Cənubi Qafqazın peşəkarlarının kino layihəsinin təqdimatı keçirilib.
Trend in Tbilisidəki xüsusi müxbiri xəbər verir ki, layihənin məqsədi gürcü kinematoqrafiyasını dünya səviyyəsində inkişaf etdirməkdir. Qeyd etmək lazımdır ki, Assosiasiya proqramı Cənubi Qafqazın bütün ölkələrində həyata keçirir. Gürcüstan, Ermənistan və Azərbaycandan 9 kinematoqrafçı seçilib. Onlara menecment və kinolentin prokat qaydaları öyrədilir.