...

Azərbaycanın cüdo yığması dünya birinciliyinin ən yaxşı onluğuna düşüb

Cəmiyyət Materials 16 Oktyabr 2006 15:34 (UTC +04:00)

Azərbaycanın cüdo yığması Santo-Dominqoda başa çatmış gənclər arasında dünya birinciliyinin yekunları üzrə ən yaxşı onluğa düşüb.

Trend in xəbər verdiyi kimi, Nicat Şıxəlizadənin (60 kq) qazandığı qızıl medalın və Elnur Məmmədlinin (77 kq) tutduğu 5-ci yerin sayəsində komanda 8-ci mövqedə qərarlaşıb. Kollektiv turnir cədvəlində Almaniya, Ukrayna, Braziliya, Koreya, Portuqaliya, İtaliya, Macarıstan, İran və Ermənistandan və bir çox digər ölkələrdən olan rəqiblərini geridə qoya bilib. Bundan başqa yığma yarışda tam heyətdə çıxış etməyib və birincilikdə respublikanı cəmi 2 idmançı təmsil edib.

Birinciliyin qalibi isə hər dəyərli 3 mükafat qazanmış yaponlar olub. İkinci yerdə Fransa qərarlaşıb. Mükafatçılar üçlüyünü isə Rusiya qapayıb.

Xəbər lenti

Xəbər lenti