AFFA nizam-intizam komitəsinin iclasının yekunları üzrə Azərbaycan çempionatının lideri "Karvan" klubunu 1000 AZN məbləğində cərimə edib.
Assosiasiyadan Trend ə verilən məlumata görə, buna səbəb ölkə birinciliyinin ötən turunda komanda futbolçularının 5 sarı kart almasıdır. Həmin görüşdə yevlaxlılar öz meydançalarında "Xəzər"i 2:1 hesabı ilə məğlub edib. AFFA-ya analoji məbləği Ali Liqanın yeni iştirakçısı "Gilan" da ödəməlidir. Klubun oyunçuları "Simurq"a qarşı oyunda 4 sarı vərəqə alıb.
Respublika kateqoriyalı hakim Elçin Məmmədov isə AFFA-nın baş katibi Fuad Əsədovun ünvanına söylədiyi və bir sıra KİV-də dərc olunmuş təhqiramiz fikirlərə görə iki il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb.