...

Ramil Səfərovun hüquqlarının müdafiəsi ilə bağlı Koordinasiya Şurasının iclası keçirilib

Cəmiyyət Materials 30 Oktyabr 2006 17:10 (UTC +04:00)

Oktyabrın 30-da Ramil Səfərovun hüquqlarının müdafiəsi ilə bağlı Koordinasiya Şurasının iclası keçirilib. Bu barədə Trend ə adıçəkilən şuranın üzvü, millət vəkili Qənirə Paşayeva bildirib.

İclasda R.Səfərovun yeni azərbaycanlı vəkili, Vəkillər Kollegiyasının üzvü İkram Şirinov da iştirak edib: "Macarıstandan aldığımız məlumata görə təxminən aprel ayında Ramil Səfərovun apellyasiya şikayəti ilə əlaqədar Apellyasiya Məhkəməsi keçiriləcək. R.Səfərovun azərbaycanlı vəkili də bu prosesə qatılacaq".

Millət vəkili qeyd edib ki, Koordinasiya Şurasının iclasında Apellyasiya Məhkəməsinə hazırlıq işləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti