...

Ombudsman Mədəniyyət səfiri adına layiq görülüb

Cəmiyyət Materials 30 Oktyabr 2006 17:54 (UTC +04:00)

İnsan Hüquqları üzərə Müvəkkil Elmira Süleymanova 15 illik yubileyini qeyd edən "Simurq" Azərbaycan Mədəniyyət Assosasiyası tərəfindən Azərbayan və dünya mədəniyyətinin tərəqqisinə verdiyi mühüm töhfəyə görə Mədəniyyət səfiri fəxri adına və "Simurq" Xatirə medalına layiq görülüb. Bu barədə Trend ə Ombudsman Aparatından məlumat verilib.

Asossasiyanın təşkil etdiiyi təqdimetmə mərasimində çıxış edən Elmira Süleymanova müasir cəmiyyətdə davamlı inkişafın həm də mədəni hüquqların gerçəkləşdirilməsi ilə sıx bağlı olduğunu, bu qlobal problemin Minilliyin inkişaf məqsədlərinə daxil olduğunu,YUNESKO-nun müvafiq Proqramlarının gerçəkləşdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.

Ombudsman mükafata görə Asossasiyanın prezidenti professor F.Məmmədova təşəkkürünü bildirib. O qeyd edib ki, hər bir təltif, mükafat ona layiq görülən şəxsin məsuliyyət hissini artırır. Ombudsman demokratiya, sülh və vətəndaş cəmiyyəti quruculuğu uğrunda mübarizədə, insan hüquqlarının, o cümlədən mədəni hüquqların müdafiəsində səylərin birləşdirilməsinin, potensial imknaların prioritet məsələlərin həllinə cəlb edilməsinin zəruriliyini vurğulayıb.

Xəbər lenti

Xəbər lenti