...

Azərbaycan Boks Federasiyasının prezidenti AİBA-nın Konqresində iştirak edəcək

Cəmiyyət Materials 31 Oktyabr 2006 15:16 (UTC +04:00)

Azərbaycan Boks Federasiyasının prezidenti Ağacan Əbiyev Həvəskar Boks üzrə Beynəlxalq Assosiasiyanın (AİBA) oktyabrın 31-də Santo-Dominqoda başlayacaq Konqresində iştirak edəcək.

Trend in xəbər verdiyi kimi, təşkilatın gündəliyinə bir sıra məsələlər daxildir. Onlar arasında AİBA rəhbər heyətinin seçilməsi əsas məsələlərdən biridir. A.Əbiyev baş katib postuna namizədliyini irəli sürüb və əsas iddiaçılardan biri sayılır. Bundan başqa, indiki baş katib Kaner Doğanəlinin işini səmərəsiz hesab edən AİBA-nın bir çox üzvü bu yaxınlarda ona qarşı etimadsızlıq rəyi bildirib.

Konqresdə Olimpiadaya seçim sxeminin qəti olaraq təsdiqlənməsi və lisenziyalı turnirlərin keçirilə biləcəyi şəhərlərin müəyyən edilməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti