...

Azərbaycanın Ombudsmanı "Sərhədsiz həkimlər" Təşkilatının layihə rəhbərini qəbul edib

Cəmiyyət Materials 3 Noyabr 2006 17:30 (UTC +04:00)

Noyabrın 3-də Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Bakıda səfərdə olan "Sərhədsiz həkimlər" Təşkilatının (MSF) layihə rəhbəri A.Veizisi qəbul edib. Bu barədə Trend ə Ombudsman Aparatından məlumat verilib.

Qonaq Ombudsmanın diqqətinə çatdırıb ki, azərbaycanlı qaçqın və məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə müvafiq proqramların, o cümlədən insanın immun çatışmazlığı - QİÇS-lə bağlı layihənin həyata keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə o, Füzuli və Ağdam rayonlarının işğaldan azad jkeyvei kəndlərinə səfər edəcək.

E.Süleymanova öz növbətsində təşkilat nümayəndəsinə bu humanist fəaliyyətə görə təşəkkürünü bildirib. E.Süleymanova qeyd edib ki, qonağın diqqətini ölkə əhalisinin, xüsusən uşaqların sağlamlığı məsələlərinə, problemə çevrilmiş yod çatışmazlığına yönəldib.

O, Azərbaycanda yod çatışmazlığı nəticəsində yaranan zob xəstəliyinin qarşısının alınmasına yönəldilmiş layihələrin həyata keçirilrəsinə ehtiyac olduğunu vurğulayıb.

Ombudsman həmçinin cəzaçəkmə müəssisələrində cəza çəkən, vərəm xəstəliyinə tutulmuş məhkumların müalicəsi məqsədilə proqramların həyata keçirilməsi, həmçinin ruhi xəstəliklərdən əziyyət çəkənlərə kömək məqsədilə xüsusi xidmət sahəsi yaratmaq zərurətini də qeyd edib.

Xəbər lenti

Xəbər lenti