...

İşgəncələrə qarşı Komitə Bayıl istintaq təcridxanasında monitorinq keçirib

Cəmiyyət Materials 6 Noyabr 2006 15:49 (UTC +04:00)

İşgəncələrə qarşı Azərbaycan Komitəsinə Bayıl istintaq təcridxanasında saxlanılan Qərib Məmmədov və Azər Cavadov tərəfindən daxil olmuş ərizələrlə əlaqədar komitə sədri Elçin Behbudov növbəti monitorinqin keçirilməsi üçün təcridxanaya yola düşüb. Sədr bildirib ki, müvəqqəti saxlama yerində onu Q.Məmmədov ağzı tikilmiş halda qarşılayıb. O, 24 gün hüquq-mühafizə orqanlarının özbaşınalığına qarşı etiraz edib.

1974-cü il təvəllüdlü Q.Məmədov AR Cinayət Məcəlləsinin 180-ci maddəsi (oğurluq) ilə təqsirləndirilir. "O, bu il avqustun 15-də Nəsimi rayon 19-cu polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Məhbusun sözlərinə görə, saxlandıqdan sonra onu şöbəyə aparıblar və burada o, polislər tərəfindən döyülüb və törətmədiyi cinayəti boynuna almağa məcbur edilib. Bundan başqa, Q.Məmmədov istintaqın düzgün aparılmaması və müstəntiq Rövşən Əliyevin yol verdiyi pozuntularla bağlı şikayət edib",- deyə Behbudov qeyd edib.

Sonuncunun xahişi ilə DİN orqanlarına müraciət edə bilməsi üçün Q.Məmmədov ağızını açmağa razı olub.

Qeyd edək ki, aclıq aksiyası zamanı Bayıl təcridxanasının rəisi Misir Əliyev həkimlərlə birgə aclıq edən məhbusun səhhətinə diqqət yetirib.

Xəbər lenti

Xəbər lenti