Azərbaycanın qadın həndbol yığması noyabrın 6-da Zveniqorodda başlayacaq beynəlxalq turnirdə iştirak edəcək.
Trend ə verilən məlumata görə, Georgi Voronovun yetirmələri Xarkovda təlim-məşq toplanışları keçirib və yerli komandalarla bir sıra yoxlama görüşləri keçirərək Rusiyaya yola düşüb. Yarışda bu ölkənin gənclərdən ibarət yığmasının, o cümlədən hənbolçularımızın da qarşılaşacağı Yüksək Liqanın bir sıra klublarının iştirakı gözlənilir.
Qeyd etmək lazımdır ki, Zveniqoroda səfər kollektiv üçün dünya çempionatının seçmə turnirinə hazırlıq mərhələsidir. Kollektivin əsas rəqibləri Rumıniya, İtaliya və Portuqaliya olacaq. Növbəti raunda yalnız qrupun qalibi çıxacaq. Buna görə də mütəxəssislər rəqibləri öz ölkəsində qəbul edəcək Rumıniya yığmasını turnirin əsas favoriti hesab edir.