...

Misirin mədəniyyət naziri Bakıya səfər edəcək

Cəmiyyət Materials 7 Noyabr 2006 17:28 (UTC +04:00)

Misirin mədəniyyət nazirinin Bakıya səfəri planlaşdırılır. Bu barədə Trend ə Misirin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Mədəniyyət naziri noyabrın 20-28-də keçiriləcək Misir Mədəniyyət Günlərində iştirak etmək üçün Azərbaycana gələcək nümayəndə heyətinə rəhbərlik edəcək.

Mədəniyyət günləri çərçivəsində Bakıda Misirin folklor qruplarının konsertləri, bədii sərgilər, yarmarkalar təşkil olunacaq. Tədbirlər təkcə paytaxtda keçirilməyəcək. Bədii kollektivlərin Sumqayıt, Gəncə və Lənkəranda da çıxışları planlaşdırılır. Misir Mədəniyyət günlərinin keçirilməsi cavab tədbiridir. Ötən ilin noyabrında Qahirədə Azərbaycan Mədəniyyət günləri keçirilib. Bu tədbirdə Azərbaycan mədəniyyət nazirinin rəhbərlik etdiyi böyük nümayəndə heyəti iştirak edib.

Xəbər lenti

Xəbər lenti