...

Azərbaycanın Ədliyyə Nazirliyi 17 xarici dövlətin müvafiq qurumu ilə hüquq sahəsində əməkdaşlıq edir

Cəmiyyət Materials 8 Noyabr 2006 15:26 (UTC +04:00)

Azərbaycanın Ədliyyə Nazirliyi 17 xarici dövlətin müvafiq qurumu ilə hüquq sahəsində əməkdaşlıq edir. Bu barədə Trend ə Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsindən məlumat verilib.

İlk saziş 1997-c ilin iyun ayında Qazaxıstanın Ədliyyə Nazirliyi ilə imzalanıb. Azərbaycan ƏN-nin həmin ölkənin ƏN-si ilə Əməkdaşlıq Haqqında Sazişi mövcuddur.

Sonrakı illərdə isə Özbəkistanın, Qırğızıstanın, Belarusun, Gürcüstanın, Litvanın, Rusiyanın, Ukraynanın, Fransanın, Rumıniyanın, Moldovanın, Türkiyənin, Niderland Krallığının, Avstriyanın, İranın, İtaliyanın ƏN-ləri ilə əməkdaşlıq haqqında sazişlər imzalanıb. Hazırda Azərbaycanın Ədliyyə Nazirliyi bu ölkələrin müvafiq qurumları ilə yüksək səviyyədə hüquqi sahədə əməkdaşlıq edir.

Sonuncu anoloji saziş isə 2005-ci ilin mart ayında Pekində Çin Xalq Respublikasının Ədliyyə Nazirliyi ilə imzalanıb.

Yaxın gələcəkdə daha bir neçə dövlətin müvafiq qurumu ilə hüquqi sahədə əməkdaşlıqla bağlı sazişlərin imzalanması nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti