...

Gürcü alimi: 19-cu əsrdə Yerevanın azərbaycanlı əhalisi 70% təşkil edib

Cəmiyyət Materials 10 Noyabr 2006 14:03 (UTC +04:00)

Bu barədə gürcü alimi Severyan Mosidze Gürcüstanın Milli akademiyasında keçirilən "Gürcüstanın erməni əhalisi: problemlər, gürcü dövlətçiliyinin yüksəlməsinin qaranlıq və işıqlı tərəfləri" mövzusunda elmi konfransda bəyan edib.

Tarixi sənədlərə əsaslanan alimin məlumatlarına görə, "19 əsrin sonlarında Yerevan şəhərində əhalinin 70%-ni müsəlman türklər və yalnız 30%-ni ermənilər təşkil edib".

Öz məruzəsində o, bir faktı da göstərib ki, 18 il bundan əvvəl Yerevanın mətbuat orqanlarından birində Ermənistan hökümətinin toplantısı haqqında məqalə dərc olunub. Məqalədə ermənilərin Qarabağ və Cavaxetiyaya ərazi iddialarının nəzərdən keçirilməsi zamanı səsvermənin yekunları üzrə 5 səs fərqi ilə Qarabağ birinci plana çəkilib.

Konfransda çıxış edən GEA-nın prezidenti, professor Lado Ramişvili gürcü dövlətçiliyinin qurulmasında milli azlıqların əhəmiyyətini qeyd edərək, Gürcüstanda yaşayan ermənilərin bu prosesdə mənfi rol oynaya biləcəklərini bildirib.

Xəbər lenti

Xəbər lenti