...

Heydər Əliyev adına İdman-Konsert kompleksi bərpa işləri ilə əlaqədar bağlanacaq

Cəmiyyət Materials 10 Noyabr 2006 16:21 (UTC +04:00)

Cari ayın sonunda Heydər Əliyev adına İdman-Konsert kompleksi bərpa işləri ilə əlaqədar bağlanacaq.

Trend in xəbər verdiyi kimi, yaxın yarım il ərzində arenada təmir işləri aparılacaq. Təmir işləri gələn il iyunun əvvəlinədək başa çatmalıdır. Bu proses zamanı kompleksin standartlara uyğunlaşdırılması məsələsi və bir sıra digər mühüm məsələlərin həll olunacağı gözlənilir. Təmir işləri payızda keçiriləcək yunan-roma və sərbəst güləş üzrə lisenziya xarakterli dünya çempionatı ilə əlaqədar aparılacaq.

Qeyd etmək lazımdır ki, son illər ərzində kompleks bir çox iri yarışları qəbul edib. Bunlar arasında gimnastika üzrə dünya birinciliyi, voleybol üzrə lisenziyalı turnir, hərbi qulluqçular arasında cüdo üzrə mundial və digər yarışlar olub.

Xəbər lenti

Xəbər lenti